top of page

Linkin Park — Repkor, habelə Alternativ Rok üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür.

1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns(2010) və Living Things (2012).

 

Qrubun əsası əslində Los Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk ŞinodaRob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. MaykBradRob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi. Onlar musiqi qabiliyyətini artırmaq üçün qruba DJlik bacaran, Co Hanı, Gitara çala bilən Deyv Fareli daxil etdilər. Ancaq qruba bir vokalist daha lazım idi. Və nəhayət, bu dörtlük Mark Veykfildi qruba vokalist olaraq daxil etdi. Bununla da XERO adı altında yenı bir rep-rok qrubu musiqi dünyasına daxil oldu. İlk olaraq Xero Sample Tape adı altında bir yoxlama kased çıxarıldı. Qrup albom çıxarmaq üçün musiqi sponsoru axtarsa da heç bir firma ilə müqavilə imzalamaq mümkün olmurdu. Bu vəziyyətdə 1998-ci ildə Mark Veykfild qrupdan çıxmaq istədini bildirdi. Qrubun digər üzvləri ona maneəçilik törətmədilər və Mark qrupdan çıxdı. Bundan sonra geridə qalan 4 nəfər yeni bir vokalist axtarışına çıxdılar. Bir gün Brad Delsonnun yaxın dostlarından birisi Ceff Blu onlara Arizonada Grey Daze qrupundan yenicə çıxmış Çester Benninqtonu qrupa daxil etməyi məsləhət gördü. Qrup üzvləri Çesternun səsi onlarda böyük təəsürat yaratdı. Və 1999-cu ildəÇester qruba daxil oldu. Ardınca qrup adını dəyişib Hybrid Theory olmasını istədi ancaq o vaxt Hybrid Theory adlı bir qrupun olması onları adlarını yenə dəyişib Linkin Park olaraq təyin etdilər. Onlar bu adı Kaliforniyanın Santa-Monika şəhərindəki Linkoln Park parkından aldılar. Qrupun üzvləri də, qrupun adı da tamamlanmışdı ancaq albom üçün yenə bir şey çatışmırdı. Uzun vaxtlar bir çox musiqi sponsoruna üz tutan Linkin Park heç birindən bir nəticə görə bilməmişdi. 1999-cu ildə Linkin Park, Hybrid Theory EP adında yarım-albom satışa çıxardı. Bu albomun çıxmasında çox da tanınmayan kiçik bir sponsor olan Mix Media iştirak etdi. Bu yarım-albom 500 ədəd satdı. Linkin Parkın yaranmasında böyük rolu olan Ceff Blu 1999-2000-ci illərdə Warner Bros.da işləməyə başladı. Beləliklə Linkin Park ilk albomunu çıxarmaq üçün böyük fürsət əldə etdi. Ceff Blu onlarla müqavilə imzaladı. 1999-cu ildən Linkin Park mahnıları yazmağa başladı. Və albom 2000-ci ildə yayımlandı.

 

və sonda Linkin Parkda bir video

buyurun izləyin

Linkin Park

  • Wix Facebook page
  • Wix Twitter page
  • Wix Google+ page

© Bütün hüquqlar qorunur.All rights reserved.

 

  • w-facebook
  • Twitter Clean
  • w-vimeo
  • W-Pinterest
bottom of page